İranda yeni koronavirusa (Covid 19) yoluxanların sayı 978 nəfərə çatıb.
Yenicag.az xəbər verir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin mətbuat xidmətinin müdiri Kiyanuş Cahanpur deyib.
Onun sözlərinə görə, ötən sutka ərzində 385 nəfər bu virusa yoluxub. Onlardan 11 nəfəri dünyasını dəyişib
Cahanpurun sözlərinə görə, virusa yoluxanlardan 175 nəfəri sağalıb.
“Tehran vilayətində 170, Qum vilayətində 30, Gilan vilayətində 28, İsfahan vilayətində 13, Mərkəzi vilayətdə 44, Mazandaran vilayətində 11, Fars vilayətində 8, Rəzəvi Xorasanı vilayətində 17, Kirmanşah vilayətində 2, Lorestan vilayətində 8, Simnan vilayətində 3, Həmədan vilayətində 3, Cənubi Xorasan vilayətində 2, Əlborz vilayətində 31, Hörmüzqan vilayətində 2, Xuzistan vilayətində 9, Sistan və Bəluçestan vilayətində 1, İlam vilayətində 1, Kirman vilayətində 2 nəfər yeni koronavirusa yoluxub” – deyə o qeyd edib.
Qeyd edək ki, İranın Səhiyyə Nazirliyinin rəsmisi ötən gün 593 nəfərin yeni koronavirusa yoluxduğunu, 43 nəfərin dünyasını dəyişdiyini, 123 nəfərin sağaldığını bildirmişdi.