İranda koronavirusa yoluxanların sayı yenidən artıb.
Yenicag.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat verib.
Məlumata görə, ölkədə daha 2 615 nəfər koronavirusa yoluxub. Bununla da yoluxma faktlarının sayı 200 262-yə çatıb. Daha 120 nəfər vəfat edib və ölənlərin sayı 9 392 nəfərə yüksəlib.
Bundan başqa, indiyədək 159 192 nəfər sağalaraq xəstəxanadan evə buraxılıb.