İranda koronavirusdan həyatını itirənlərin sayı 4869-a çatdı

İranda son 24 saat ərzində 1606 nəfərdə koronavirus aşkarlanıb, 92 nəfər virusun qurbanı olub.

Yenicag.az xəbər verir ki, bu barədə İranın Dövlət televiziyası məlumat yayıb.

Məlumatda bildirilib ki, son 24 saatda 1606 nəfərdə Covid-19 aşkarlanıb, 92 nəfər isə həyatını itirib.

Son rəqəmlərlə birlikdə ölkədə koronavirus xəstələrinin sayının 77 min 995-ə, virus qurbanlarının sayı isə 4869-a yüksəlib.

Xəstələrdən 3594-nün vəziyyətinin ağır olduğu bildirilir.

Bu günə qədər virusdan sağalanların sayı isə 52229 nəfərdir.