İranda son sutka ərzində daha 2 531 nəfər koronavirusa yoluxub.
Yenicag.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin nümayəndəsi Sima Sadat Lari məlumat verib.
Bununlada ölkədə virusa yoluxanların sayı 212 501 nəfərə çatıb. Daha 133 nəfər COVİD-19-dan dünyasını dəyişib və ölənlərin sayı 9 996 nəfərə yüksəlib. Eyni zamanda azı 172 096 nəfər xəstəlikdən sağalıb.