İranda koronavirusdan ölənlərin sayı 18 616 nəfərə çatdı

İranda son sutka ərzində yeni növ koronavirusdan 189 nəfər vəfat edib.

Yenicag.az xəbər verir ki, bu barədə İran Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, İranda koronavirusdan ölənlərin sayı 18 616 nəfərə çatıb.

İranda son sutka ərzində koronavirusa 2 132 yoluxma halı qeydə alınıb və indiyə kimi COVID-19-a yoluxanların ümumi sayı 328 844 nəfərə çatıb.

İndiyədək xəstəlikdən 286 642 nəfər sağalıb.

Hazırda virus daşıyıcısı olan xəstələrdən 3 993 nəfərin vəziyyəti ağır və ya orta ağırdır.

COP29