İranda koronavirusdan ölənlərin sayı 19804 nəfərə çatdı

İranda ötən sutka ərzində 165 nəfər koronavirusdan ölüb.

Yenicag.az xəbər verir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

Beləliklə ölkədə bu günədək 19 804 nəfər bu virusdan ölüb.

Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 2 247 koronavirusa yoluxub. Bununla indiyədək İranda bu virusa yoluxanların sayı 345 450 nəfərə yüksəlib. Virus daşıyıcılarından 3 773 nəfərin vəziyyəti ağırdır. İndiyədək 299 157 nəfər koronavirusdan sağalıb.

Sadat Lari qeyd edib ki, İranın Mazandaran, Tehran, Qum, Gülüstan, Şimali Xorasan, Ərdəbil, İsfahan, Əlborz, Rəzəvi Xorasanı, Kirman, Simnan, Şərqi Azərbaycan, Mərkəzi, Yəzd və Gilan vilayətləri qırmızı zonalar hesab olunurlar.

İranda indiyədək 2,88 milyondan çox diaqnoz testi həyata keçirilib.