İranda koronavirusdan ölənlərin sayı 20 mini ötdü

İranda koronavirusdan ölənlərin sayı 20 min nəfəri keçib.

Yenicag.az xəbər verir ki, bu barədə İran Səhiyyə Nazirliyinin açıqlamasında bildirilib.

Belə ki, ölkədə son 24 saatda 153 nəfər virusdan ölüb. Bununla da ölənlərin ümumi sayı 20 125-ə çatıb.

Səhiyyə Nazirliyinin sözçüsü Sima Lari bildirib ki, ötən gün ərzində koronavirusa 2 444 nəfər yoluxub.

O, ölkədə yoluxma sayının 350 279 olduğunu qeyd edib.

COP29