Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

İranda koronavirusdan ölənlərin sayı 26 mini ötdü

İranda son sutka ərzində yeni növ koronavirusdan daha 183 nəfər vəfat edib.

Yenicag.az xəbər verir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

Bununla da İranda koronavirusdan ölənlərin sayı 26 169 nəfərə yüksəlib.

Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 1 567 nəfər koronavirusa yoluxub. Beləliklə İranda bu virusa yoluxanların sayı 457 219 nəfərə yüksəlib.

O əlavə edib ki, İranda indiyədək 380 956 nəfər koronavirusdan sağalıb.

www.yenicag.az

171