İranda koronavirusdan ölənlərin sayı 4,1 mini ötdü

İranda daha 1 684 nəfərdə koronavirus aşkarlanıb.

Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur bildirib.

Məlumata görə, daha 1 684 nəfərdə virus aşkarlanıb və daşıyıcılarının sayı 66 220 nəfərə çatıb. Ölənlərin sayı 117 nəfər artaraq 4 110 nəfər olduğunu açıqlanıb.

K.Cahanpur həmçinin 32 309 nəfərin koronavirusdan sağalaraq xəstəxanalardan buraxıldığını da vurğulayıb.

COP29