İranda koronavirusdan ölənlərin sayı 5 mini ötdü

İranda koronavirusdan son sutka ərzində daha 73 nəfər ölüb.

Yenicag.az xəbər verir ki, bu barədə İranın Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur bildirib.

Məlumata görə, ölənlərin sayı 5 031-ə yüksəlib. Son sutka ərzində 1 374 yeni yoluxma faktı qeydə alınıb və bununla da bu günə kimi İranda COVID-19 virusuna yoluxanların sayı 80 868-ə çatıb.

İndiyədək virusa yoluxmuş 55 987 nəfər sağalıb.