İranda koronavirusdan ölənlərin sayı artdı

İranda koronavirusdan ölənlərin sayı artıb.

Yenicag.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, İranda daha 21 nəfər koronavirusdan həyatını itirib.

Beləliklə ölkədə koronavirusdan ölənlərin sayı 145-ə çatıb.

İranda ümumilikdə 5000-ə yaxın adam koronavirusa yoluxub.