İranda koronavirusdan ölənlərin sayı ARTDI

İranda son sutka ərzində yeni növ koronavirusdan daha 120 nəfər vəfat edib.

Yenicag.az xəbər verir ki, bu barədə İran Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, bununla da ölkədə koronavirusdan ölənlərin sayı 9 185 nəfərə çatıb.

İranda son sutka ərzində koronavirusa 2612 yoluxma halı qeydə alınıb və indiyə kimi yoluxanların ümumi sayı 195 051 nəfərə çatıb.

Koronavirusdan 154 812 nəfər sağalıb.

Hazırda virus daşıyıcısı olan xəstələrdən 2 789 nəfərin vəziyyəti ağır və ya orta ağırdır.

Xatırladaq ki, ötən gün İranda koronavirusdan 115 nəfər ölüb.

COP29