İranda koronavirusdan ölənlərin sayı 34-ə çatıb.
Yenicag.az IRNA-ya istinadən xəbər verir ki, bu barədə İran Səhiyyə Nazirliyinin rəsmisi Kiyanuş Cahanpur məlumat verib.
Onun sözlərinə görə, ölkədə koronavirus daşıyıcılarının sayı 388 nəfərdir. Eyni zamanda 73 nəfər infeksiyadan sağalıb.