Koronavirusun ən çox yayıldığı ölkələrdən biri olan İranda virusdan qorunmaq üçün tibbi spirt içən 7 nəfər ölüb.
Yenicag.az xəbər verir ki, İranın Əhvaz şəhərində bir qrup şəxs koronavirusa qarşı təsirli vasitə olduğunu zənn edərək tibbi spirt içiblər.
Əhvaz prokurorluğunun yaydığı məlumata əsasən spirt içən 7 nəfər ölüb, 48 nəfər isə zəhərlənib. Məlumata görə, zəhərlənən bəzi adamlar görmə qabiliyyətlərini itiriblər.
Faktla bağlı araşdırma aparılır.