İranın şimal-şərqində yerləşən Cənubi Xorasan vilayətinin Bircənd şəhərində kanalizasiyada yaranan qaz nəticəsində 9 nəfər zəhərlənib.
Yenicag.az xəbər verir ki, məlumatına görə, bunu Bircənd meriyasının fövqəladə hallar idarəsinin icra direktoru Əli Hüseyni deyib.
Ə.Hüseyninin sözlərinə görə, 4 mərtəbəli binanın zirzəmisində yaşayan ailə kanalizasiyaya xlor töküb.
Nəticədə kanalizasiya quyusunda metan və digər öldürücü qazlar artıb. 3 nəfər həlak olub, biri komadadır.
İdarə rəsmisi bildirib ki, hadisədə 5 yanğınsöndürmə əməkdaşı da zəhərlənib.