İranda matəm mərasimi başlayıb.
Yenicag.az İran KİV-lərinə istinadən xəbər verir ki, bu gün səhər saatlarında İran prezidenti İbrahim Rəisi və onu müşayiət edən nümayəndə heyətinin həlak olması ilə bağlı Məşhəd şəhərində matəm mərasimi keçirilirş
Məlumata görə, İbrahim Rəisinin və onunla birlikdə helikopterdə həyatını itirən digər hökumət rəsmilərinin cənazələri Təbrizdən Məşhədə aparılacaq.
Xatırladaq ki, mayın 19-da axşam saatlarında İbrahim Rəisinin olduğu helikopter qəzaya uğrayıb. Aralarında prezident İbrahim Rəisi və xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan da daxil olmaqla 9 nəfər həyatını itirib. Bununla bağlı, İranda beş gün matəm elan edilib.