İranda məktəblər bağlandı – SƏBƏB

İranın İlam vilayətinin Abdanan rayonunda rixter cədvəli üzrə 4,4 bal gücündə zəlzələ baş verib.

Yenicag.az-ın məlumatına görə, bunu İranın İlam vilayəti Abdanan rayonu qubernatoru Sirus Murad Hasili deyib.

M.Hasilinin sözlərinə görə, 9 km dərinlikdə baş verən zəlzələ nəticəsində mənzillərin, ticarət və dövlət idarələrinin pəncərələri qırılıb və divarlarda çatlar əmələ gəlib.

Qubernator zəlzələ ilə əlaqədar məktəblərin bağlandığını qeyd edib.

Qeyd edək ki, bu gün İran vaxtı ilə saat 9:12 radələrində İranın İlam vilayətinin Abdanan rayonunda 4,4 bal zəlzələ baş verib. Əhali təşvişə düşərək mənzilləri və obyektləri tərk edib./Trend/