İranda mer odlu silahla qətlə yetirildi

İranın Xuzistan vilayətinin Dehdez şəhərinin meri güllənərək öldürülüb.

Yenicag.az xəbər verir ki, bu barədə İran KİV-i məlumat yayıb.

Merə İzə şəhərində silahlı hücum olunub. O, ağır yaralanıb, xəstəxanaya çatdırıldıqdan sonra əməliyyata alınıb, lakin onun həyatını xilas etmək mümkün olmayıb.