İranın cənubundakı Hörmüzqan əyalətində neft kəməri partlayıb.
Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, azı 2 nəfər ölüb.
Hadisə əyalətin cənub-qərbindəki Bəndər-Xemir şəhərində baş verib. Naməlum iki nəfər yanacaq oğurlamaq məqsədilə neft kəmərində dəlik açmağa cəhd ediblər. Qaçaqmalçıların hərəkətləri nəticəsində partlayış baş verib.
Hazırda yanğınsöndürənlər alovun qarşısını almağa çalışırlar.