İranda neft zavodunda partlayış oldu

İranın cənub-qərbində yerləşən Xuzistan əyalətinin Bəndər-Məxşəhr şəhərində “Ghadir Petrochemical Co” neft-kimya zavodunda partlayış baş verib.

Yenicag.az xəbər verir ki, bu barədə şəhərin prefekti Fereydun Bəndəri bildirib. Onun sözlərinə görə, partlayışda ölən yoxdur.

Hazırda yanğının söndürülməsi istiqamətində işlər aparılır.