İranda ötən sutkada 440 nəfər koronavirusdan öldü

İranda ötən sutka ərzində 440 nəfər koronavirusdan ölüb.

Yenicag.az xəbər verir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

Məlumata görə, bununla da ölkədə infeksiyadan ölənlərin sayı 35 738 nəfərə çatıb.

İranda ötən 24 saat ərzində 8 289 nəfər koronavirusa yoluxub. Beləliklə İranda bu virusa yoluxanların sayı 628 780 nəfərə yüksəlib. Virus daşıyıcılarından 5 315 nəfərin vəziyyəti ağırdır.

İndiyədək 491 247 nəfər koronavirusdan sağalıb.