İranda parlament seçkilərinin ikinci turu keçirilir

İranda Məclisə (parlament) seçkilərin ikinci turuna start verilib.

Yenicag.az-ın məlumatına görə, seçki məntəqələrində səsvermə yerli vaxtla saat 8:00-da (Bakı vaxtı ilə 7:30-da) başlayıb. Səsvermələr 10 saat ərzində davam edəcək. Əgər ehtiyac olsa, səsvermələr bir və ya iki saat uzadıla ola bilər. Parlamentin 290 üzvündən yerdə qalan 11 nəfər seçilməlidir.

İranda Məclisə seçkilər 21 fevralda keçirilib. Parlamentə düşmüş namizədlərin adları səsvermə bitdikdən sonra bir neçə gün boyunca əyalətlərdən hər biri üçün ayrıca elan ediliblər. Apreldə 208 seçki dairəsindən 10-da ikinci tur olmalı idi, ancaq koronavirus pandemiyasına görə seçkilər sentyabrın 11-ə təxirə salınıb./Report/