İranın Bəndər Abbas şəhərində baş vermiş partlayış nəticəsində 4 nəfər ölüb, 9 nəfər yaralanıb.
Yeniçağ.Az-ın APA-ya istinadən məlumatına görə, hadisə şəhərin Kulğan bölgəsində baş verib.
Bəndər Abbas Yanğınsöndürmə İdarəsindən bildirilib ki, partlayış İranın Kənd Təsərrüfatı Nazirliyinə məxsus Araşdırma Mərkəzində, yerin 20 metr dərinliyində baş verib.
KİV-lərin məlumatına görə, hadisə nəticəsində 4 nəfər ölüb, 9 nəfər yaralanıb.
İlkin məlumata əsasən, partlayışa səbəb elektrik naqillərində qısaqapanma olub. Bildirilir ki, elektrik naqillərindən çıxan qığılcım qazı alışdırıb və nəticədə partlayış baş verib.
Yeniçağ.Az