!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İranda paytaxt dəyişir - Xamenei yeni şəhər seçəcək

!Reklam – Yazi

İran prezidenti Məsud Pezeşkian paytaxtı Tehrandan köçürmək istəyini açıqlayıb.

Yenicag.az xəbər verir ki, bu barədə İran mətbuatı məlumat yayıb.

Bu, onunla izah olunub ki, Tehranda kəskin su qıtlığı var, hava çirklənir, şəhər çökür və s.

İslam Respublikası üçün bu, çox böyük maliyyə itkiləri gətirir. Prezident ölkənin iqtisadi və siyasi mərkəzinin cənuba, sahilyanı şəhərə köçürülməsinin məqsədəuyğun olacağını bəyan edib. Bu, fikir kimi başa düşüləndir.

Axı Tehran 15 milyon əhalisi olan, yol nəqliyyatından tutmuş ekologiyaya qədər ondan irəli gələn bütün problemlərin olduğu bir şəhərdir. Bundan əlavə, geoloji problem də var. Tehran tektonik qırılma üzərində qurulub və həmişə tektonik aktivləşmə, zəlzələ və seysmik vəziyyət riski var.

İranda yeni paytaxtın İsfahan və ya Kirman kimi tarixi əhəmiyyətə malik bir şəhər seçiləcəyi istisna edilməyib.

İran mətbuatında yayılan məlmata görə,yeni paytaxtı Ali ruhani lider Əli Hüseyni Xamenei seçəcək.

COP29

www.yenicag.az

151
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv