Hazırda birinci vitse-prezident Məhəmməd Möhbər İran prezidentinin səlahiyyətlərini icra edir.
Bunu Yenicag.az-a açıqlamasında İran Prezidenti İbrahim Rəisinin helikopter qəzasında həlak olmasından sonra İranda baş verəcək siyasi prosesləri şərh edən İranşünas, Orta Doğu Araşdırmaları Mərkəzinin rəhbəri Sədrəddin Soltan deyib.
“Növbədənkənar prezident seçkiləri ən azı 50 gün müddətində keçirilməlidir. İndidən hansısa şəxsin bu vəzifəyə seçiləcəyini demək çətin məsələdir. Çünki hələ ki namizədlər bəlli deyil”, – deyə Sədrəddin Soltan bildirib.
Daha ətraflı videonu təqdim edirik:
Nəsimi Ələsgərli
Samir Məcidov