İranda keçiriləcək prezident seçkilərində rejimin maraqları şurasının üzvü və ali dini lider Əli Xamneyinin yaxın silahdaşı olan Səid Cəlilinin namizədlərdən biri olacağı gözlənilir.
Yenicag.az xəbər verir ki, bu barədə “AzadlıqRadiosu”nun İran bürosu – “Radio Farda” məlumat yayıb.
Məlumata görə, Cəlili əvvəllər İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi vəzifəsində çalışıb və öz növbəsində, Qərblə nüvə danışıqlarına rəhbərlik edib.
O, İranın nüvə silahı yaratmaq hüququna inanan və kompromislərə qarşı çıxa bilən fundamentalist kimi qəbul edilir.
Rafi Müslümov