İran İslam Respublikası Konstitusiyasının Keşikçilər Şurası prezident seçkisinin nəticələrini təsdiqləyib.
Bu barədə şuranın nümayəndəsi Hadi Təhanə Nəzif məlumat verib.
İkinci turda iştirak edənlərdən heç biri şikayət etməyib.
Seçkinin nəticələri təsdiq olunmaq üçün İran İslam Respublikasının rəhbəri Ayətullah Əli Xameneyiyə təqdim olunacaq. Bundan sonra onun ofisi ölkənin yeni prezidentinin andiçmə mərasiminin tarixini açıqlayacaq və bundan sonra Məsud Pezeşkianın dörd illik səlahiyyət müddəti başlayacaq.
Mənbə: IRNA