İranda qadınlar da futbol matçlarını izləyə biləcək – Prezident açıqladı

İranda qadınlar da futbol matçlarını izləyə biləcək.

Yenicag.az xəbər verir ki, qurum rəhbəri qadağanın aradan qaldırılması üçün bəzi istisnaların olacağını bildirib. İran liqasının püşkatma mərasimində iştirak edən Tac açıqlamasında bu mövsüm qadınların da futbola baxa biləcəklərini deyib.

Ölkədə 40 ildən artıqdır ki, qadınlara kişilərin futbol matçlarına gəlməsi qadağan olunmuşdu. İranda qərar vermə mexanizmlərində mühüm rol oynayan din xadimləri qadınların kişi atmosferində olmaqdan, kişiləri idman geyimində və şortikdə görməkdən çəkinməli olduqlarını iddia edirlər. Mehdi Tac İsfahan, Kirman və Əhvaz şəhərlərindəki bəzi stadionların matçlar zamanı qadın tamaşaçıları qəbul etməyə “hazır” olduğunu deyib. Lakin Tehrandakı heç bir stadionun adını çəkməyib. 2019-cu ilin oktyabrında 4000-ə qədər iranlı qadına ilk dəfə olaraq Tehrandakı “Azadi” stadionunda Kamboca ilə dünya çempionatının seçmə oyununu izləməyə icazə verilib.

Qadın futbol azarkeşi Seher Hodayari adlı qadın matça getmək istədiyi üçün həbsxanaya salınmasından qorxaraq elə məhkəmə zalının qarşısında özünü yandırıb. Seher özünü kişi kimi göstərərək stadiona daxil olmağa çalışmışdı. Onun ölümü böyük əks-səda doğurdu, bir çoxları İranı beynəlxalq oyunlara qadağa qoymağa çağırdı və matçları boykot etdi.

Beynəlxalq Futbol Federasiyası (FIFA) onun ölümündən sonra İranı qadınların stadionlara məhdudiyyətsiz girişinə icazə verməyə çağırıb./qaynarinfo

COP29