İranda qadınların geyiminə nəzarət sərtləşir

İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Tehrandakı komandanı Həsən Həsənzadə qadınlar üçün sərt geyim qaydaları məsələsi ilə bağlı yeni hüquq-mühafizə strukturunun yaradıldığənı bəyan edib.

Yenicag.az xəbər verir ki, yeni qurumun əməkdaşları qadınların ictimai yerlərdə hicab geyinməsini “daha ​​məsuliyyətli şəkildə” təmin etmək üçün xüsusi təlim keçiblər.

2022-ci ilin sentyabrında İranda düzgün hicab geyinmədiyi üçün əxlaq polisi tərəfindən saxlanılan tələbə Məhsa Əminin həbsdə ölməsindən sonra ölkədə kütləvi küçə etirazları başlayıb. Etirazlar bir neçə ay davam edib və son bir neçə onillikdə İranın mühafizəkar rəhbərliyi üçün ən ciddi çağırışlardan birinə çevrilib. Toqquşmalarda yüzlərlə insan həlak olub, minlərlə insan həbs edilib, bir neçə etirazçı edam edilib.

COP29