İranda qatar relsdən çıxdı – 14 vaqon aşdı

İranda qatar relsdən çıxıb.

Yenicag.az xəbər verir ki, Tehrandan – Mazandaran istiqamətinə hərəkət edən yük qatarı relsdən çıxıb. Hadisə nəticəsində 14 vaqon aşıb.

Hazırda yolun açılması istiqamətində işlər görülür.

Hadisə ilə əlaqədar bu gün həmin istiqamətdə sərnişin qatarlarının hərəkəti dayandırılıb.