“Azərbaycanın Tehrandakı Səfirliyindən verilmiş ilkin məlumata görə İranda baş vermiş təyyarə qəzasında həlak olanlar arasında vətəndaşlarımızın olması ilə bağlı məlumat daxil olmayıb”.
Bunu Yenicag.az-a Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva bildirib.
Səfirliyik tərəfindən məsələ nəzarətdə saxlanılır.
İranda Ukrayna sərnişinlərinin olduğu Boinq-737sərnişin təyyarəsi qəzaya uğrayıb, sərnişinlərinin hamısı həlak olub.