İranda “qırmızı bayraq” qaldırıldı

Bu gün HƏMAS-ın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin qətlindən sonra İranda məscidlərdə qırmızı bayraq dalğalandırılıb.

Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, məlumata görə, İranda qırmızı bayraq müharibə elan edilməsi mənasını bildirir. Son illər isə İranda qırmızı bayraq bir neçə dəfə qaldırılıb.

Qeyd edək ki, HƏMAS lideri İsmayıl Haniyə bu gün səhər saatlarında Tehranda hücuma məruz qalaraq öldürülüb.

 

COP29