İranda qum fırtınası – Ölənlər var

İranın Sistan və Bəlucistan əyalətində son 5 gün ərzində qum fırtınası nəticəsində 2278 insan zərər çəkib.

Yenicag.az xəbər verir ki, bu barədə əyalətin Böhran İdarəetməsi Departamentinin baş direktoru Məcid Mohebi məlumat yayıb.

“Xəstəxanalara müraciət edənlərdən 157-i palatalara yerləşdirilib, 3-ü həyatını itirib”, – o, bildirib.