Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Azersun New 160×600
Ziraat Bank New 768×90 / 320×100

İranda qum qasırğası - 120-yə yaxın insan xəstəxanalıq oldu

Ötən 2 gün ərzində İranın cənub-şərqində yerləşən Sistan və Bəluçestan vilayətində qum qasırğası nəticəsində 119 nəfər xəstəxana və müalicə mərkəzlərinə müraciət edib.

Yenicag.az-ın məlumatına görə, bunu İranın Sistan və Bəluçestan vilayətinin fövqəladə hallar üzrə idarəsinin baş direktoru Əbdürrəhman Şəhnəvazi deyib.

Ə.Şəhnəvazinin sözlərinə görə, onlardan 22 nəfəri xəstəxanada yatırılıb.

Son günlər İranda qum qasırğasının sürəti saatda 119 kilometrə çatıb.

Qeyd edək ki, İranın Sistan və Bəluçestan vilayətinin şimal hissəsində 5 rayon yerləşir. Bu bölgədə qum qasırğasının əsas səbəbi Hamun gölünün qurumasıdır./Trend/

www.yenicag.az

1309
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100