İranda qum qasırğası 800-dən çox insanı xəstəxanalıq etdi – FOTO

“Sistan əyalətində qum qasırğasından sonra 859 nəfər tibb mərkəzlərinə və xəstəxanalara müraciət edib”, – deyə Sistan və Bəlucistan əyalətinin Böhran İdarəetmə İdarəsinin rəisi Məcid Mohebbi bildirib.

Yenicag.az xəbər verir ki, bu barədə “Azad İran” “Telegram” kanalında xəbər verilib.

Onun sözlərinə görə, sentyabrın 19-dan bəri əyalətin beş şəhərində davam edən qasırğa nəticəsində yüzlərlə insan tənəffüs sistemi və görmə qabiliyyətində yaranan problemlərə görə xəstəxanalara müraciət edib. Hazırda isə 50 nəfər xəstəxanaya yerləşdirilib.