!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İranda sabiq vitse-prezident edam edilir - Ali məhkəmə qərar verdi

!Reklam – Yazi

İran Ali Məhkəməsinin sözçüsü Qulam Hüseyn İsmaili bildirib ki, öz həyat yoldaşını qətlə yetirdiyini etiraf edən İranın sabiq vitse-prezidenti və Tehran bələdiyyəsinin sədri Məhəmməd Əli Nəcəfi edam cəzasına məhkum edilib.

Yenicag.az xəbər verir ki, İran mətbuatının yazdığına görə, paytaxt Tehranda mətbuat konfransı keçirən İsmaili məhkəmənin qərarından kasasiya şikayəti verilə biləcəyini də əlavə edib.

Məhəmməd Əli Nəcəfi uzun illər Milli Təhsil naziri və vitse-prezident kimi yüksək vəzifələrdə işləyib və İranda islahatçıların ən tanınmış nümayəndələrindən biri sayılır. O, mayın 28-də ikinci həyat yoldaşı Mitra Ostadı odlu silahla qətlə yetirib. Cinayətdən sonra dərhal polisə təslim olan Nəcəfi törətdiyi cinayət əməlini etiraf edib.

Qeyd olunur ki, Nəcəfi İranın sabiq Prezidenti Əli Əkbər Haşimi Rəfsəncaninin, daha sonra bir müddət Həsən Ruhaninin müavini olub və 2017-ci ildə Tehran bələdiyyəsinin sədri seçilib. O, ötən il uşaqların rəqs etdiyi bir tədbirdə iştirak etdiyi üçün tənqidlərə məruz qalıb və qısa vaxtdan sonra vəzifəsindən istefa verib./AZƏRTAC/

www.yenicag.az

737
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv