!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İranda saxlanılan etirazçılarla bağlı qərar verildi

!Reklam – Yazi

İranın bir sıra şəhərlərində etiraz aksiyaları zamanı saxlanılanların əksəriyyəti girov müqabilində azadlığa buraxılıb.

Yenicag.az-ın İran mətbutına istinadən verdiyi məlumata görə, bu barədə İran Daxili Təhlükəsizlik qüvvələrinin nümayəndəsi Səid Montazer əl-Mehdi bildirib.

Onun sözlərinə görə, etiraz təşkilatçıları və İran İslam Respublikasını təhqir edənlər hələ də həbsdə saxlanılıb və onlar məhkəmə qarşısına çıxarılacaq.

Xatırladaq ki, etiraz aksiyası dekabrın 28-də başlayıb. Müxtəlif şəhərlərdə keçirilmiş aksiyalar zamanı təhlükəsizlik qüvvələrinin əməkdaşları da daxil olmaqla, 20 nəfər ölüb. Rəsmi məlumatlara görə, baş verən iğtişaşlarda 450-dən çox adam həbs olunub.

Yanvarın 3-də İnqilab Mühafizə Qüvvələrinin (İran Silahlı Qüvvələrinin seçmə bölməsi) komandiri general Məhəmməd Əli Cəfəri üsyanın məğlubiyyətini açıqlayıb.

Qeyd edək ki, İranın müxtəlif əyalətlərində rəhbərliyin dəstəklənməsi və xarici müdaxilələrə qarşı kütləvi nümayişlər keçirilib.

www.yenicag.az

1807
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv