!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İranda saxlanılan Cənubi azərbaycanlılardan səkkizinin adı məlum oldu - FOTO

!Reklam – Yazi

Sentyabrın 22-si gecə saatlarında Güney Azərbaycanın Məlikan və Təbriz şəhərlərində keçirilən etiraz aksiyalarında tutulan azərbaycanlı fəallardan səkkizinin kimliyi məlum olub.

Yenicag.az xəbər verir ki, bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib.

Məlumata görə, Məlikan şəhərində Rumina Rəhmani, Mubina Rəhmani, Mehri Güləfşan, Mehdi Purkərim, Əmirhüseyn Xəlilzadə, Meysəm Zəhmətkeş və Əli Zəhmətkeş saxlanılıblar.

Təbrizdə isə Atilla Sadiqifər həbs olunub.

Xatırladaq ki, bir neçə gün öncə Ərdəbildə Güney Azərbaycan Hərəkatının fəalı Möhsün Möhsünzadə İranın təhlükəsizlik qüvvələri tərəfindən qəddarcasına döyülərək həbs olunub. Onun hara aparılması barədə dəqiq məlumat yoxdur.

Qeyd edək ki, İranda əxlaq polisi tərəfindən saxlanılan 22 yaşlı Məhsa Əmininin ölməsindən sonra ölkə boyu başlayan etiraz aksiyaları bir həftədir ki, davam edir.

www.yenicag.az

471
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv