İranda şaxtada güclü partlayış: 50-ə yaxın insan dağıntılar altında qalıb

İranda güclü partlayış baş verib.

Yeniçağ.az “RİA Novosti”-yə istinadən xəbər verir ki, şaxtada baş verən partlayış zamanı 50-ə yaxın insan dağıntılar altında qalıb. Məlumata görə, hadisə Gülüstan əyalətində Azadşəhr şəhəri yaxınlığında gündüz saatlarında baş verib.

Yeniçağ.az