!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İranda sel dəhşəti: üç hərbçi həlak oldu

!Reklam – Yazi

İranın cənub-şərqində yerləşən Sistan və Bəluçestan vilayəti Mircavə rayonunda üç sərhədçini sel aparıb.

Yenicag.az xəbər verir ki, bunu İranın Sistan və Bəluçestan vilayəti valisinin hüquq-mühafizə məsələləri üzrə müavini Məhəmməd Hadi Mərəşi deyib.

Hadi Mərəşinin sözlərinə görə, Mircavə rayonu 93 nömrəli sərhəd müşahidə qülləsi selin içində qalıb.

Hadi Mərəşi əlavə edib ki, müşahidə qülləsini tərk etmək istəyərkən sərhədçilərdən birini sel aparıb, onu xilas etmək istəyən iki hərbçini də sel aparıb.

“İndiyədək hərbçilərdən birinin cəsədi tapılıb, ikisinin cəsədinin tapılması üçün axtarışlar davam edir” –deyə o qeyd edib.

Ötən gündən başlayaraq İranın Sistan və Bəluçestan vilayətində aramsız yağan yağışlar çayların daşması ilə nəticələnib və vilayətin bəzi yolları bağlanıb./Trend/

www.yenicag.az

14582
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv