İranda sərnişin təyyarəsi uçuş-eniş zolağından çıxdı

İranda sərnişin təyyarəsi uçuş-eniş zolağından çıxıb.

Yenicag.az xəbər verir ki,hadisə Tehrandan Kirmanşaha uçan “Airbus-319” təyyarəsində yerli vaxtla saat 06:00-da baş verib.

İlkin ehtimallara görə, təyyarənin ön şassisində problem yaranıb.

Təyyarədə həmin vaxt 102 sərnişin və 8 heyət üzvü olub.

Qəza zamanı ölən və yaralanan olmayıb.