İranda silahlı insident: ölən və yaralananlar var – FOTOLAR

İranın Kazərun şəhərində keçirilən aksiyalar qanlı bitib.

Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, sakinlər dünən axşamdan etibarən hökümətin şəhəri iki hissəyə ayırma planına etiraz edirlər. Aksiya iştirakçıları polis bölmələrinə hücum edərək, binanı yandırıblar. Mitinqlərdə 1 nəfər ölüb, 6 nəfər isə yaralanıb. Yaralılardan ikisinin vəziyyəti ağırdır.

İştirakçılar sosial şəbəkədə etdikləri paylaşımlarda silahların işə düşdüyünü bildirirlər.

COP29