İranda son 50 ilin ən şiddətli istiləri qeydə alındı

İranda son 50 ilin ən şiddətli istiləri qeydə alınıb.

Yenicag.az xəbər verir ki, bunu İran elektrik enerjisinin ötürülməsi və paylanması şirkətinin baş direktoru Mustafa Rəcəbi deyib.

Xüsusən Xuzissan əyaləti, əyalətin mərkəzi Əhvaz şəhərində temperaturun 50 dərəcəni keçdiyi bildirilib.

Sosial media istifadəçiləri isə bölgələrdə elektrik enerjisinin verilişində uzun fasilələr yarandığını, kondisioner və digər sərinləşdirici sistemlərin işləmədiyini yazıblar.

Qeyd edək ki, havaların istiləşməsi və elektrik enerjisi çatışmazlığına görə, iyulun 11-də İranın 15 əyalətində dövlət idarələri tətil edilib.

COP29