İranda son sutkada COVİD-19-a daha 1 657 nəfər yoluxub.
Yenicag.az xəbər verir ki, bunu İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur bildirib.
Məlumata görə, bununla da ölkədə virusa yoluxanların sayı 71 686-ya yüksəlib. Son sutkada 117 nəfər koronavirusdan ölüb. Pandemiya qurbanlarının ümumi sayı 4 474-ə çatıb.
Bundan başqa, xəstəxanada müalicə alan 43 894 pasiyent sağalıb.