İranda son sutkada daha 147 nəfər koronavirusdan öldü

İranda ötən sutka ərzində daha 147 nəfər koronavirusdan vəfat edib.

Yenicag.az bu barədə İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lariyə istinadən məlumat verir.

Onun sözlərinə görə, İranda koronavirusdan bu günədək 19 639 nəfər ölüb.

Bildirilib ki, İranda ötən 24 saat ərzində 2 133 koronavirusa yoluxub. Bununla İranda bu virusa yoluxanların sayı 343 203 nəfərə yüksəlib. Virus daşıyıcılarından 3 881 nəfərin vəziyyəti ağırdır.

Sadat Lari əlavə edib ki, İranda indiyədək 297486 nəfər koronavirusdan sağalıb.

Sadat Lari qeyd edib ki, İranın Mazandaran, Tehran, Qum, Gülüstan, Şimali Xorasan, Ərdəbil, İsfahan, Əlborz, Rəzəvi Xorasanı, Kirman, Simnan, Şərqi Azərbaycan, Mərkəzi, Yəzd və Gilan vilayətləri qırmızı zonalar hesab olunurlar.

Ölkədə indiyədək 2,86 milyondan çox diaqnoz testi həyata keçirilib.

COP29