İranda son sutkada koronavirusdan 174 nəfər vəfat etdi

İranda son sutka ərzində yeni növ koronavirusdan daha 174 nəfər vəfat edib.

Yenicag.az xəbər verir ki, bu barədə İran Səhiyyə Nazirliyi məlumat yayıb.

Bununla da ölkədə koronavirusdan ölənlərin sayı 17 976 nəfərə çatıb.

İranda son sutka ərzində koronavirusa 2 634 yoluxma halı qeydə alınıb və indiyə kimi COVID-19-a yoluxanların ümumi sayı 320 117 nəfərə çatıb.

İndiyədək xəstəlikdən 277 463 nəfər sağalıb.

Hazırda virus daşıyıcısı olan 4 156 nəfərin vəziyyəti ağır və orta ağırdır.