İranda son sutkada koronavirusdan 486 nəfər öldü

İranda son sutka ərzində yeni növ koronavirusdan daha 486 nəfər vəfat edib.

Yenicag.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə,bununla da ölkədə indiyədək koronavirusdan ölənlərin sayı 41 979 nəfərə çatıb.

İranda son sutkada koronavirusa 13 053 yeni yoluxma qeydə alınıb. Bununla da İranda indiyədək COVID-19-a yoluxanların ümumi sayı 775 121 nəfərə çatıb.