İranda son sutkada rekord sayda insan koronavirusdan öldü

İranda bir gündə koronavirusdan rekord sayda ölüm qeydə alınıb. 

Yenicag.azxəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, son sutka ərzində İranda daha 434 nəfər koronavirusdan ölüb. Bununla da ümumilikdə, 35 298 nəfər pandemiyanın qurbanı olub.

Son sutkada 7 719 nəfərdə koronavirus aşkarlanıb. Beləliklə, İranda yoluxma faktlarının ümumi sayı 620 491-ə yüksəlib.

Məlumatda həmçinin 5 244 nəfərin ağır vəziyyətdə olduğu, 486 691 nəfərin isə sağaldığı vurğulanıb.