İranda spirtli içkidən zəhərlənmə – 24 ölü

İranda spirtli içkidən yüzlərlə insan zəhərlənib.

Yenicag.az xəbər verir ki, bu barədə ölkənin ISNA agentliyi məlumat yayıb.

Bildirilir ki, Şimali Xorasan, Hürmüzqan, Kohqiluyə və digər vilayətlərdə spirtli içkidən 290 nəfər zəhərlənib. Spirtli içkilərdən ölənlərin sayı isə 24-ə bərabərdir.

Qeyd edək ki, İranda spirtli içkidən istifadə qanunla qadağan edilib.

COP29