İranda su və çörək qıtlığı yarandı

İranın paytaxtı Tehran şəhərinin mərkəzi, qərb və şimal bölgələrində içməli su qıtlığı yaranıb.

Yenicag.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.

Bildirilir ki, Tehranın bir çox ərazilərində altıncı gündür ki, su kəsilib və hökümət problemi həll etmək üçün verdiyi vədləri yerinə yetirmir. Hökümət isə su qıtlığını son günlər baş verən sel ve daşqınlarla əlaqələndirib.

Bununla yanaşı, Təbrizdə isə çörək qıtlığı yaranıb. Belə ki, buna görə mağazaların qarşısında uzun növbələr yaranıb.

Bildirilir ki, çox sayda çörək sexi un çatışmazlığı səbəbindən istehsalı azaldıb, bəziləri isə tamamilə dayandırıb. Vətəndaşlarla sex sahibləri arasındakı mübahisələrə, eləcə də əhalinin narazılığına baxmayaraq əlaqədar qurumlar problemlə bağlı açıqlama verməyiblər.

 

COP29